Ana səhifəyə qayıt
QuickSolve Biznes Həlləri — PayFlow
Biznes həlliÖdəniş Təsdiq Sistemi

Ödəniş sorğularını təsdiqdən ödənişə qədər idarə edin

Sorğunun yaradılmasından çoxmərhələli təsdiqə, icraçının faktiki ödənişinə və qəbzə qədər — bütün ödəniş zənciri tək platformada. Logo ERP və HR bazaları ilə real-vaxt sinxron.

Çoxmərhələli təsdiq Çoxvalyutalılıq HR / ERP inteqrasiya
payflow.quicksolve.az / sorğular
Ödəniş təsdiq sistemiÖdəniş sorğularını yaradın və idarə edin
Ümumi
85
Gözləmədə
21
Təsdiqlənib
39
Rədd
10
Ləğv
15
IDBaşlıqMəbləğStatusTəsdiqçi
#87Nəqliyyat və Qaraj xərcləri13 AZNGözləmədəFuad Babayev
#86Nəqliyyat və Qaraj xərcləri60 AZNGözləmədəSabir Zeynalov
#85Nəqliyyat və Qaraj xərcləri14 AZNTəsdiqlənib—
İki hissə, bir sistem

İstifadəçi axını + admin idarəetməsi

PayFlow işçilər üçün sadə sorğu-təsdiq axını, adminlər üçün isə güclü konfiqurasiya və inteqrasiya panelidir — hər ikisi Logo ERP və HR bazaları ilə real-vaxt sinxron.

İstifadəçi tərəfi

Sorğu və Təsdiq Axını

İşçilər üçün: ödəniş sorğusu yaratmaq, gözləmə vəziyyətini izləmək, təsdiq/rədd etmək və müzakirə aparmaq.

  • Kateqoriya-bazlı sorğu formaları
  • Müzakirə, sual-cavab və timeline
Admin tərəfi

İdarəetmə və İnteqrasiya

Kateqoriya və təsdiqçi konfiqurasiyası, icraçı ödənişi, HR/ERP inteqrasiyası, bildirişlər və hesabatlar.

  • Admin-SQL ilə kateqoriya və KPI
  • İcraçı ödənişi və qəbz PDF
Funksionallıq

Sorğudan qəbzə — tam avtomatik zəncir

PayFlow ödəniş prosesinin hər addımını avtomatlaşdırır və nəzarətdə saxlayır.

01

Kateqoriya-bazlı sorğular

Hər ödəniş tipinin öz kateqoriyası: xüsusi sahələr, nağd/bank təsdiqçi siyahıları, validasiya qaydaları. Sahələr canlı SQL ilə xarici bazadan doldurula bilər.

02

Çoxmərhələli təsdiq zənciri

Sorğu təsdiqçilər zəncirindən ardıcıl keçir; yalnız növbəsi çatan qərar verir. Hər addım transaction-safe qeydə alınır, avtomatik bildiriş gedir.

03

Ağıllı təsdiq optimizasiyası

Menecer təsdiqi lazımdırsa, işçinin rəhbəri HR sorğusu ilə tapılıb zəncirə əlavə olunur. Sorğu sahibinin öz slotları avtomatik keçilir.

04

Qismən təsdiq və məbləğ nəzarəti

Təsdiqçi orijinaldan az məbləğ təsdiqləyə bilər — sorğu «qismən təsdiq» olur, təsdiqlənmiş məbləğ ayrıca saxlanılır. 5 dəqiq status.

05

İcraçı təyini və ödəniş icrası

Təsdiqdən sonra sorğu şöbə və ödəniş metoduna (nağd/bank) görə düzgün icraçıya düşür. Tam/natamam ödəniş ayrılır, qəbz PDF generasiya olunur.

06

Çoxvalyutalılıq və məzənnə

Sorğu istənilən valyutada; sistem cari məzənnə ilə avtomatik AZN-ə çevirir və həm orijinal, həm çevrilmiş məbləği saxlayır.

07

Müzakirə, sual-cavab, sənədlər

Hər sorğunun timeline-ı: şərhlər, təsdiqçi sualı, sahib cavabı, status dəyişiklikləri. Sorğuya və müzakirəyə fayl əlavə olunur.

08

HR və ERP inteqrasiyası

Menecer, şöbə və xüsusi sahələr canlı SQL ilə xarici bazalardan (MySQL/MSSQL) alınır; parollar AES-256 ilə şifrələnir. Mənbə həmişə canlı.

09

Avtomatik bildirişlər

İki kanal: HTML mail template-ləri və portal daxili bildirişlər. Yeni növbə, təsdiq/rədd, icraçı təyini, ödəniş və sual-cavab üçün xəbər gedir.

10

İcazələr, audit izi, statistika

Rol-bazlı icazələr (yaratma / təsdiq / oxu / hamısını-gör), hər kritik əməliyyatın jurnalı və admin-SQL KPI-lar — drill-down ilə arxadakı sorğulara keçid.

Ekran görüntüləri

Sistem necə görünür

Sorğu panelindən çoxmərhələli təsdiqə qədər — sadə, aydın və tam nəzarətdə.

01 — SORĞU DETALLARI & TƏSDİQ

Sorğunu açın, bir kliklə təsdiqləyin və ya rədd edin

Hər sorğunun tam məlumatı bir ekranda: kateqoriya, tələbi yaradan, məzmun, məbləğ, kimə ödəniləcək, avans və cashflow qrupu. Yalnız növbəsi çatan təsdiqçi Təsdiq/Rədd düymələrini görür.

  • Bütün sahələr + ödəniş rekvizitləri
  • Təsdiq et / Rədd et / müzakirə
  • Sorğu sahibi özünü təsdiqləyə bilməz
payflow / sorğu #87
Sorğu Məlumatı · #87
KateqoriyaNəqliyyat və Qaraj xərcləri
Tələbi yaradanVüsal Rzayev
Məzmun4 təkərin yerinin dəyişilməsi 10 manat. 3 manat disqiləri rəngləmək üçün boya.
StatusGözləmədə Nağd
Məbləğ13 AZN
Kimə ödəniləcək244.01.0021 VUSAL RZAYEV SHIRVAN
Avans · CashflowBəli · Logistik xərc
Tələbin statusu
Gözləmədə
Təsdiq et
Rədd et
02 — ÇOXMƏRHƏLƏLİ TƏSDİQ ZƏNCİRİ

Kim, nə vaxt, hansı məbləği təsdiqlədi — hamısı görünür

Sorğu təyin olunmuş təsdiqçilərdən ardıcıl keçir. Hər addım qeydə alınır, növbəti şəxsə bildiriş gedir. Hamı təsdiqlədikdən sonra sorğu icraçıya ötürülür.

  • Ardıcıl təsdiq, avtomatik bildiriş
  • İcraçı «icra gözləyir» statusu
  • Tam timeline və audit izi
payflow / sorğuya baxanlar
Sorğuya Baxanlar
EElşən VəlizadəTəsdiq edildi
SSabir ZeynalovTəsdiq edildi
QQabil ƏhmədovTəsdiq edildi
V
Vüsal Rzayevİcraçı
İcra gözləyir
Hamı tərəfindən təsdiqləndi
03 — STATUS AXINI & QİSMƏN TƏSDİQ

Beş dəqiq status və məbləğ üzrə qismən təsdiq

Sorğunun bütün ömrü beş status ilə izlənir. Təsdiqçi orijinaldan az məbləğ təsdiqləyə bilər — sorğu «qismən təsdiq» statusuna keçir və təsdiqlənmiş məbləğ ayrıca saxlanılır.

  • Gözləmədə → Təsdiqlənib / Rədd / Ləğv
  • Qismən təsdiq və təsdiqlənmiş məbləğ
  • Çoxvalyutalılıq və AZN çevrilməsi
payflow / status axını
Gözləmədə21
Təsdiqlənib39
Qismən—
Rədd10
Ləğv15
Qismən təsdiq nümunəsi — sorğu #63
65 AZN→50 AZN təsdiqləndi
Yuxarıdakı görüntülər interfeysin təqdimatıdır. Real sistemdə məlumatlar canlı olaraq HR/ERP bazalarından və Logo-dan gəlir.
Necə işləyir

Sorğudan qəbzə — 5 addım

Prosesin hər mərhələsi avtomatlaşdırılıb və audit jurnalına yazılır.

Sorğu yarat

İşçi kateqoriya seçir, sahələri doldurur (bəziləri SQL ilə avto).

Menecer avtomatik

Lazımdırsa rəhbər HR sorğusu ilə tapılıb zəncirə əlavə olunur.

Çoxmərhələli təsdiq

Təsdiqçilər ardıcıl təsdiqləyir; hər addıma bildiriş gedir.

İcraçı ödəniş

Şöbə/metoda görə icraçı təyin olunur, ödəniş qeyd edilir.

Qəbz & hesabat

Qəbz PDF, audit jurnalı və AZN üzrə hesabatlar hazır.

Üstünlüklər

Niyə PayFlow?

Tam avtomatlaşdırılmış axın, şəffaflıq və ERP/HR ilə vahidlik — kod dəyişmədən çevik.

Tam avtomatlaşdırılmış axın

Sorğudan qəbzə qədər hər addım sistem daxilində: menecerin avtomatik tapılması, icraçının təyini, valyuta çevrilməsi və bildirişlər — heç bir addım əl ilə idarə olunmur.

Şəffaflıq və nəzarət

Kim, nə vaxt, hansı məbləği təsdiqlədi — hamısı timeline-da. Qismən təsdiq və natamam ödəniş dəqiq izlənir; hər kritik əməliyyat audit jurnalına yazılır.

Kod dəyişmədən çeviklik

Kateqoriyalar, təsdiqçi zəncirləri, xüsusi sahələr və KPI göstəriciləri admin panelindən və SQL ilə qurulur. Yeni ödəniş tipi üçün proqram dəyişikliyi lazım deyil.

ERP / HR ilə vahidlik

Təşkilat strukturu və maliyyə məlumatı təkrar saxlanmır — mənbə Logo ERP və HR bazasıdır. Məlumat həmişə canlı və uyğun qalır.

Müqayisə

Dünya proqramları ilə müqayisədə

SAP Concur, Coupa, Zoho Expense güclüdür, amma bahalı, istifadəçi başına lisenziyalı və Logo ERP ilə birbaşa inteqrasiya olunmur. PayFlow Logo + yerli prosesə birbaşa oturur.

Xüsusiyyət
Hazır expense həlləri
QuickSolve PayFlow
Logo ERP ilə birbaşa inteqrasiya
Dolayı / çətin
Birbaşa, real-vaxt
Dinamik SQL custom sahələr
Məhdud / yox
Daxildən var
Məbləğ üzrə qismən təsdiq
Adətən yox
Daxildən var
Sorğu sahibi slotlarının avto-optimizasiyası
Yox
Daxildən var
Qiymət və lisenziya
Baha, istifadəçi başına
Uyğun, prosesə fokuslu
Yerli reallıqlar (VÖEN/cari, şöbə iyerarxiyası, AZN çevrilməsi, AZ dili)
Uyğunlaşma tələb edir
Tam uyğunlaşdırılıb

Ödəniş təsdiqini avtomatlaşdırın

PayFlow-un təşkilatınızda necə işlədiyini pulsuz demoda görün. Logo/HR inteqrasiyası, kateqoriya və təsdiqçi zəncirlərinin qurulmasında komandamız yanınızdadır.